Yazını böyüt
Yazını kiçilt
Hacıqabulda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil 1970-ci il təvəllüdlü Abışova Ceyran Nurulla qızını vurub. Yaralı təcili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz və baş hematoması, müştərək travma, sol bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub.